Avropa Komissiyası hidrogen yanacağı layihəsini təsdiqləyir

Avropa Komissiyası hidrogen yanacağı layihəsini təsdiqləyir
# 21 sentyabr 2022 17:53 (UTC +04:00)

Avropa Komissiyası 13 Avropa İttifaqı ölkəsinin hidrogen yanacağı infrastrukturunun inkişafı layihəsini razılaşdırıb və bu layihəyə 5,2 mlrd. avroya qədər dövlət vəsaiti ayrılacaq.

APA-Economics”in Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, Komissiya Aİ-nin dövlət yardımı qaydalarına uyğun olaraq, hidrogen sahəsində tədqiqat, innovasiya, birinci sənaye tətbiqi və əlaqəli infrastrukturun tikintisini dəstəkləmək üçün ikinci "Ümumi Avropa Maraqlarında olan Mühüm Layihəsi"ni (IPCEI) təsdiqləyib.

Məlumata görə, söhbət bərpa olunan və aşağı karbonlu hidrogenin istehsalı, saxlanması və daşınması üçün irimiqyaslı elektrolizatorların və nəql infrastrukturunun” yaradılmasında yardımdan gedir.

Qeyd olunur ki, üzv ölkələr 5,2 mlrd. avroya qədər dövlət maliyyəsi təmin edəcək ki, bunun da əlavə 7 mlrd. avronun özəl investisiyaya yol açacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR