Avropa Komissiyası Rusiya qazına qiymət həddinin tətbiqinə çağırıb

Avropa Komissiyası Rusiya qazına qiymət həddinin tətbiqinə çağırıb
# 02 sentyabr 2022 15:08 (UTC +04:00)

Boru kəməri ilə Avropaya daxil olan Rusiya qazına qiymət həddi təyin etməyin vaxtı çatıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bildirib.

“Mən qəti şəkildə hesab edirəm ki, Avropaya gedən Rusiya boru kəməri qazının qiymətini məhdudlaşdırmağın vaxtı çatıb”, - Ursula fon der Leyen qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələrin energetika nazirləri bu məsələni sentyabrın 9-da keçiriləcək növbədənkənar iclasda müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR