Avropa ölkələrinin enerji xərcləri onillik maksimuma çata bilər 

Avropa ölkələrinin enerji xərcləri onillik maksimuma çata bilər 
# 12 yanvar 2022 17:35 (UTC +04:00)

Avropa ölkələri 2022-ci ildə ilkin enerji resurslarına 1 trln. ABŞ dolları xərcləyəcək ki, bu da son 10 ildə qeydə alınan rekord göstərici ola bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" "Citigroup" bankına istinadən xəbər verir.

Məlumata görə, bu həcmdə xərclər regionda istilik və elektrik enerjisinin bahalaşması ilə bağlıdır.

"Qaz və elektrik enerjisi həddindən artıq bahalaşıb. Bölgədəki istehlakçılar və istehsalçılar öz enerji istehlakları ilə bağlı sərt qərarlar qəbul etməli olacaqlar", - "Citigroup"un analitiki Alaster Saym bildirib.

Qeyd olunur ki, son bir ildə Avropada qazın qiyməti 3,5 dəfədən çox artıb və bu da elektrik enerjisinin bahalaşmasına səbəb olub. Hazırda təbii qazın payına Avropa ölkələrinin enerji ehtiyacının dörddə birini düşür.

Xatırladaq ki, ötən il Avropada qazın qiyməti rekordları vuraraq kəskin bahalaşıb. Dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti hətta tarixi maksimum – 2 190,4 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR