Avropa Parlamenti qaz anbarı operatorları ilə bağlı qanun layihəsini qəbul edib

Avropa Parlamenti qaz anbarı operatorları ilə bağlı qanun layihəsini qəbul edib
# 23 iyun 2022 16:39 (UTC +04:00)

Avropa Parlamenti (AP) kənar müdaxilə risklərini istisna etmək üçün Avropa İttifaqında qaz anbarlarının bütün operatorlarının məcburi sertifikatlaşdırmadan keçmələrini nəzərdə tutan qanun layihəsini qəbul edib.

APA-Economics”in AP-ın məlumatına istinadən verdiyi xəbərə görə, sənədə əsasən sertifikatlaşdırmadan keçməyənlər sahiblik hüquqlarından imtina etməli olacaqlar.

“Kənar müdaxilə risklərindən qaçmaq üçün bütün qaz anbarları operatorlarından yeni məcburi sertifikatlaşdırma tələb olunacaq”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR