Avropa Parlamenti təbii qaz və nüvə enerjisini “yaşıl enerji” mənbələri kimi qəbul edib

Avropa Parlamenti təbii qaz və nüvə enerjisini “yaşıl enerji” mənbələri kimi qəbul edib
# 06 iyul 2022 16:26 (UTC +04:00)

Avropa Parlamenti təbii qaz və nüvə enerjisini dayanıqlı “yaşıl enerji” mənbələri kimi qəbul edib.

APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, parlament Avropa Komissiyasının Taksanomiya Deleqasiya Aktına nüvə və qaz enerjisi ilə bağlı fəaliyyətlərin ekoloji cəhətdən təmiz olan davamlı iqtisadi fəaliyyətlər kimi daxil edilməsi təklifinə etiraz edilməsini nəzərdə tutan qətnaməni qəbul etməyib.

Səsvermə zamanı 278 deputat qətnamənin lehinə, 328-i əleyhinə səs verib, 33 deputat isə bitərəf qalıb.

Parlamentin Komissiyanın təklifinə veto qoyması üçün minimum 353 deputatın səsinə ehtiyac olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR