Avropa qaz anbarlarının doldurulmasını sürətləndirib

Avropa qaz anbarlarının doldurulmasını sürətləndirib
# 14 iyun 2022 11:46 (UTC +04:00)

Avropanın yeraltı anbarlara qaz vurulması işləri rekord həddə yaxınlaşıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.

Belə ki, bazar gününün nəticələrinə görə, onların orta doluluq səviyyəsi 52,1%-ə çatıb, qazın gündəlik vurulma tempi isə 0,54 faiz bəndi təşkil edib (maksimum göstəricilər mayda əldə olunub və 0,58 faiz bəndi təşkil edib).

Avropa İttifaqı (Aİ) ölkələrində yeraltı qaz anbarlarının doluluq səviyyəsi 52,1%-ə çatdırılıb.

Məlumata görə, hazırda Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 55,4 mlrd. kubmetr təşkil edir.

Ekspertlərin fikrincə, Avropada anbarlara qaz vurulmasının sürətlənməsi “mavi yanacağın” istehlakının azalması və ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) alışının artması ilə bağlı ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR