Avropa və ABŞ-da bu il təbii qaz kəskin ucuzlaşıb

Avropa və ABŞ-da bu il təbii qaz kəskin ucuzlaşıb
# 22 may 2023 16:47 (UTC +04:00)

Dünya Bankı (DB) 2023-cü ilin birinci rübü üzrə Avropa və ABŞ-da təbii qazın orta satış qiymətini açıqlayıb.

Bu barədə "APA-Economics" Dünya Bankının əmtəə qiymətləri ilə bağlı hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ilin birinci rübündə Avropada qazın qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi, 26,8 kubmetrə bərabərdir ) görə 16,84 ABŞ dolları təşkil edəcək, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,79 dollar və ya 48,4% azdır.

Hesabatda qeyd edilir ki, ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2023-cü il birinci rübündə 2,65 dollar təşkil edib, bu da illik müqayisədə 1,97 dollar və ya 42,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR