Dekabrın 22-nə olan məlumata görə, Avropa ölkələri yeraltı anbarlara vurulan qazın 41%-dən çoxunu artıq çıxarıb.
"APA-Economics"in verdiyi məlumata görə, bu barədə Rusiya mətbuatı "Qazprom" şirkətinə istinadən xəbər verir.
Dekabrın 21-i və 22-də Avropanın yeraltı qaz anbarlarından bu tarixlər üzrə qazın gündəlik çıxarılmasına görə uzunmüddətli müşahidələr ərzində rekordlar qeydə alınıb.