Avropada qaz 10%-dək bahalaşıb

Avropada qaz 10%-dək bahalaşıb
# 10 yanvar 2023 09:59 (UTC +04:00)

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 830 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 9 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 832,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (758,5 dollar) ilə müqayisədə 9,7% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR