Avropada qaz 11%-dən çox ucuzlaşıb

Avropada qaz 11%-dən çox ucuzlaşıb
# 25 yanvar 2023 09:53 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 660 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 24 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 659,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (743,8 dollar) ilə müqayisədə 11,3% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR