Avropada qaz 3%-dək ucuzlaşıb

Avropada qaz 3%-dək ucuzlaşıb
# 09 fevral 2023 09:51 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dolları səviyyəsində qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 8 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 602,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (618,7 dollar) ilə müqayisədə 2,6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR