Avropada qaz 5%-dək bahalaşıb

Avropada qaz 5%-dək bahalaşıb
# 13 yanvar 2023 09:21 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 760 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 12 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 760,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (726,4 dollar) ilə müqayisədə 4,8% çoxdur.

Xatırladaq ki, ötün ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR