Avropada qaz 7% bahalaşıb

Avropada qaz 7% bahalaşıb
# 18 yanvar 2023 09:09 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 660 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 17 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 661,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (619,3 dollar) ilə müqayisədə 6,8% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR