Avropada qaz 8%-dək bahalaşıb

Avropada qaz 8%-dək bahalaşıb
# 08 iyun 2023 12:05 (UTC +04:00)

Ötün gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 295 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 7 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 296 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (275 dollar) ilə müqayisədə 7,6% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR