Avropada qaz ucuzlaşıb

Avropada qaz ucuzlaşıb
# 31 yanvar 2023 09:33 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 620 ABŞ dolları səviyyəsində qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 30 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 623,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (624,7 dollar) ilə müqayisədə 0,2% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR