Avropada qazın qiyməti 1 000 dollar səviyyəsində qərarlaşıb

Avropada qazın qiyməti 1 000 dollar səviyyəsində qərarlaşıb
# 10 yanvar 2022 14:10 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dolları səviyyəsində qərarlaşıb

"APA-Economics"in məlumatına görə, 10 yanvar tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 970-1 025 dollar civarında ticarət olunub, bu da öncəki hesablama qiyməti (1 039,4 dollara yaxın) ilə müqayisədə 7% azdır.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR