Avropada qazın qiyməti 1 000 dollara düşüb

Avropada qazın qiyməti 1 000 dollara düşüb
# 30 dekabr 2021 14:57 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarından aşağı düşüb.

"APA-Economics"in məlumatına görə, 30 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 018 dollar təşkil edib. Günün əvvəlindən azalma 10%-ə bərabər olub.

Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR