Avropada qazın qiyməti 1 000 dollardan aşağı düşüb

Avropada qazın qiyməti 1 000 dollardan aşağı düşüb
# 17 may 2022 09:51 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarından aşağı düşüb.

"APA-Economics" xəbər verir ki, 16 may tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyun fyuçerslərinin qiyməti 994,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4,5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR