Avropada qazın qiyməti 1 000 dollardan yuxarı səviyyədə qərarlaşıb

Avropada qazın qiyməti 1 000 dollardan yuxarı səviyyədə qərarlaşıb
# 20 aprel 2022 09:35 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

"APA-Economics" xəbər verir ki, 19 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 034 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,2% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR