Avropada qazın qiyməti 1 150 dollardan aşağı enib

Avropada qazın qiyməti 1 150 dollardan aşağı enib
# 11 noyabr 2022 09:28 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 150 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 10 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 146,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 175,8 dollar) ilə müqayisədə 2,5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR