Avropada qazın qiyməti 1 250 dolları ötüb

Avropada qazın qiyməti 1 250 dolları ötüb
# 21 noyabr 2022 13:51 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 250 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 21 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 262,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 236,2 dollar) ilə müqayisədə 2,1% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR