Avropada qazın qiyməti 1 350 dollara yaxınlaşıb

Avropada qazın qiyməti 1 350 dollara yaxınlaşıb
# 20 iyun 2022 11:37 (UTC +04:00)

Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1000 kubmetrinin qiyməti 1 300 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 20 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyul fyuçerslərinin qiyməti 1 350 dollara yaxın olub, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR