Avropada qazın qiyməti 1 350 dollara yaxınlaşıb

Avropada qazın qiyməti 1 350 dollara yaxınlaşıb
# 15 noyabr 2022 13:12 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 350 ABŞ dollarına yaxınlaşıb.

APA-Economics” xəbər verir ki, 15 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 344,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 211 dollar) ilə müqayisədə 11% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR