Avropada qazın qiyməti 1 500 dolları ötüb

Avropada qazın qiyməti 1 500 dolları ötüb
# 30 iyun 2022 09:57 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarını ötüb.

"APA-Economics" xəbər verir ki, 29 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyul fyuçerslərinin qiyməti 1 509,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7,1% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR