Avropada qazın qiyməti 1 650 dollardan aşağı enib

Avropada qazın qiyməti 1 650 dollardan aşağı enib
# 06 iyul 2022 11:59 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 1 650 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, iyulun 6-da Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) hərracların açılışında avqust fyuçerslərinin qiyməti 1 637,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR