Avropada qazın qiyməti 1 900 dollardan aşağı enib

Avropada qazın qiyməti 1 900 dollardan aşağı enib
# 22 sentyabr 2022 11:11 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 900 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 22 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 890,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2,7% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR