Avropada qazın qiyməti 1 900 dolları keçib - YENİLƏNİB

Avropada qazın qiyməti 1 900 dolları keçib - YENİLƏNİB
# 07 iyul 2022 12:24 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 9 mart tarixindən ilk dəfə olaraq 1 900 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, iyulun 7-də Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) hərraclarıın açılışında avqust fyuçerslərinin qiyməti 1 930 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7% çoxdur.

***

10:49

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 800 ABŞ dollarını ötüb.

"APA-Economics" xəbər verir ki, 6 iyul tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) avqust fyuçerslərinin qiyməti 1 840 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4,7% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR