Avropada qazın qiyməti 1100 dollardan aşağı enib

Avropada qazın qiyməti 1100 dollardan aşağı enib
# 07 noyabr 2022 13:03 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından aşağı düşüb.

APA-Economics” xəbər verir ki, 7 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 086,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 163,1 dollar) ilə müqayisədə 6,6% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR