Avropada qazın qiyməti 2 500 dolları ötüb

Avropada qazın qiyməti 2 500 dolları ötüb
# 15 sentyabr 2022 14:18 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 500 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 15 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 517,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2 252,9 dollar) ilə müqayisədə 11,7% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR