Avropada qazın qiyməti 2 min dollarlıq tarixi maksimumu keçib - YENİLƏNİB

Avropada qazın qiyməti 2 min dollarlıq tarixi maksimumu keçib - YENİLƏNİB
# 21 dekabr 2021 16:29 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı tarixdə ilk dəfə olaraq Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 000 ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, 21 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 2 004 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 716,7 dollar) ilə müqayisədə 16,7% çoxdur.

***

11:23

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti cari ilin oktyabr ayının əvvəlindən ilk dəfə 1 800 ABŞ dollar həddini ötüb.

"APA-Economics"in məlumatına görə, 21 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 803 dollar təşkil edib.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR