Avropada qazın qiyməti 20%-dək artıb

Avropada qazın qiyməti 20%-dək artıb
# 28 sentyabr 2022 09:38 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti, demək olar ki, 2070 ABŞ dollarına çatıb.

APA-Economics” xəbər verir ki, 27 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 067,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 1 725,5 dollar) ilə müqayisədə 19,8% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR