Avropada qazın qiyməti 2 600 dolları ötüb - YENİLƏNİB

Avropada qazın qiyməti 2 600 dolları ötüb - YENİLƏNİB
# 16 avqust 2022 17:24 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 600 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, avqustun 16-da Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) hərraclarıın açılışında sentyabr fyuçerslərinin qiyməti 2 631,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 13,3% çoxdur.

***

10:18

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin martın 8-dən ilk dəfə olaraq demək olar ki 2 400 ABŞ dollarını ötüb.

"APA-Economics" xəbər verir ki, 15 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 407,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 10,8% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR