Avropada qazın qiyməti 500 dollardan aşağı səviyyədə qərarlaşıb

Avropada qazın qiyməti 500 dollardan aşağı səviyyədə qərarlaşıb
# 16 mart 2023 09:57 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 15 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 476,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (488,9 dollar) ilə müqayisədə 2,5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR