Avropada qazın qiyməti 6%-dən çox artıb

Avropada qazın qiyməti 6%-dən çox artıb
# 01 dekabr 2022 10:35 (UTC +04:00)

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 560 ABŞ dollarına yaxınlaşıb.

APA-Economics” xəbər verir ki, 30 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 558,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 464,3 dollar) ilə müqayisədə 6,4% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR