Avropada qazın qiyməti 640 dollardan aşağı enib

Avropada qazın qiyməti 640 dollardan aşağı enib
# 07 fevral 2023 09:40 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 640 ABŞ dollarında aşağı səviyyəsində qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 6 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 636 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (652,4 dollar) ilə müqayisədə 2,5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR