Avropada qazın qiyməti 800 dolları ötüb

Avropada qazın qiyməti 800 dolları ötüb
# 09 yanvar 2023 12:57 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 800 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 9 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 811,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (758,5 dollar) ilə müqayisədə 7% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR