Avropada qazın qiyməti 900 dollaradək enib

Avropada qazın qiyməti 900 dollaradək enib
# 11 yanvar 2022 14:34 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təqribən 900 dollaradək enib.

"APA-Economics"in məlumatına görə, 11 yanvar tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 911,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (988,6 dollar) ilə müqayisədə 7,8% azdır.

Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR