Avropada qazın qiyməti son 18 ayın minimum səviyyəsinə enib

Avropada qazın qiyməti son 18 ayın minimum səviyyəsinə enib
# 28 fevral 2023 09:31 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin avqust ayının minimum göstəricisinədək enərək, 520 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 27 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 517,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (559,1 dollar) ilə müqayisədə 7,4% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR