Avropada qazın qiyməti yenidən 1 000 dolları ötüb

Avropada qazın qiyməti yenidən 1 000 dolları ötüb
# 18 may 2022 13:01 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarını yenidən keçib.

APA-Economics” xəbər verir ki, 18 may tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyun fyuçerslərinin qiyməti 1 047 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2,4% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR