Avropada qazın qiyməti yenidən 1 100 dolları ötüb

Avropada qazın qiyməti yenidən 1 100 dolları ötüb
# 06 yanvar 2022 13:53 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından artıq olub.

"APA-Economics"in məlumatına görə, 6 yanvar tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 1 140 dollar təşkil edib, bu da əvvəl ki hesablama qiymətindən (1 070 dollar) 6,5% çoxdur.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR