Avropada qazın qiyməti yenidən 300 dollara yaxınlaşıb

Avropada qazın qiyməti yenidən 300 dollara yaxınlaşıb
# 09 iyun 2023 09:59 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 300 ABŞ dollarına yaxınlaşıb.

APA-Economics” xəbər verir ki, 8 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 297,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (291,3 dollar) ilə müqayisədə 2,2% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR