Avropada qazın qiymətinin yeni artımının səbəbi açıqlanıb

Avropada qazın qiymətinin yeni artımının səbəbi açıqlanıb
# 04 iyul 2022 16:53 (UTC +04:00)

Norveçdə çərşənbə axşamı keçiriləcək neft-qaz sektorunda çalışan işçilərin etiraz aksiyası artıq Avropada qazın qiymətinin artmasına səbəb olub.

Bu barədə “APA-Econommics” “Bloomberg”ə istinadən xəbər verir.

Norveç neft və qaz assosiasiyası bildirib ki, “Lederne” idarəedici personalın həmkarlar ittifaqı keçiriləcək aksiya çərçivəsində üç yatağı bağlayacaq. Bundan əlavə, tətilçilərin tələbləri yerinə yetirilməsə, çərşənbə günü daha üç yataq bağlana bilər.

Qeyd olunur ki, bazar ertəsi Avropada qaz fyuçersləri 9,8% artıb və bütün cari il ərzində onların dəyəri iki dəfədən çox yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR