Avropada təbii qaz 10 dollardan çox ucuzlaşıb

Avropada təbii qaz 10 dollardan çox ucuzlaşıb
# 26 may 2023 12:13 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 273 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 23 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 272,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (282,9 dollar) ilə müqayisədə 10,3 dollar və ya 3,6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR