Avropada təbii qaz 11% ucuzlaşıb

Avropada təbii qaz 11% ucuzlaşıb
# 16 yanvar 2023 15:16 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin sentyabrın 6-dan ilk dəfə olaraq 650 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 16 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 645,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (727,1 dollar) ilə müqayisədə 11,3% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR