Avropada təbii qaz 6%-dək ucuzlaşıb

Avropada təbii qaz 6%-dək ucuzlaşıb
# 19 may 2023 09:29 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 340 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 18 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 337,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (357,8 dollar) ilə müqayisədə 5,6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR