Avropada təbii qaz 6%-dən çox ucuzlaşıb

Avropada təbii qaz 6%-dən çox ucuzlaşıb
# 10 noyabr 2022 10:02 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 150 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 9 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 145,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 222,9 dollar) ilə müqayisədə 6,3% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR