Avropada təbii qaz cüzi ucuzlaşıb

Avropada təbii qaz cüzi ucuzlaşıb
# 29 iyun 2022 10:53 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 415 ABŞ dollarından aşağı düşüb.

"APA-Economics" xəbər verir ki, 28 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyul fyuçerslərinin qiyməti 1 412,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0,5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR