Avropada təbii qaz cüzi ucuzlaşıb

Avropada təbii qaz cüzi ucuzlaşıb
# 24 may 2023 09:22 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 330 ABŞ dolları səviyyəsinə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 23 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 330,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (331,8 dollar) ilə müqayisədə 0,4% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR