Avropada təbii qaz ucuzlaşıb

Avropada təbii qaz ucuzlaşıb
# 24 dekabr 2021 12:40 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 350 ABŞ dollarından aşağı düşüb.

"APA-Economics"in məlumatına görə, 24 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 337,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 1 550 dollar) ilə müqayisədə 13,6% azdır.

Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR