Avropada təbii qaz ucuzlaşıb

Avropada təbii qaz ucuzlaşıb
# 16 may 2022 11:54 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 010-1 040 ABŞ dolları intervalında qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 16 may tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) hərraclarıın açılışında iyun fyuçerslərinin qiyməti 1 041,8 dollar təşkil edib, sonra isə qiymət 1 010 dollaradək enib (-3%).

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR